20 klubu sanksiya gözləyir
23.08.2022 - 13:03
20 klubu sanksiya gözləyir

“Barselona” və “Yuventus” da daxil olmaqla 20 klub Maliyyə Feyr-Pleyi qaydalarını pozmaqda şübhəli bilinir.

Apasport.az saytının məlumatına görə, ötən mövsüm bu qaydaları pozan 10 komandaya qarşı UEFA-nın gələn ay sanksiyalar tətbiq etməsi gözlənilir.

Bu siyahıya “Barselona”, “PSJ”, “Yuventus”, “İnter” və “Roma” da daxildir. Könüllü razılaşma çərçivəsində PSJ və “Marsel” cərimələnəcək, “İnter”lə “Roma” isə cərimə və transfer məhdudiyyəti ilə cəzalandırılacaq.

“Barselona” və “Yuventus” Maliyyə Feyr-Pleyi ilə bağlı UEFA ilə danışıqlardan imtina edib.

“Arsenal” da daxil olmaqla ümumilikdə 20-yə yaxın komanda şübhə altındadır. Lakin hələlik bütün klublar UEFA-ya hesabat təqdim etməyib. Bu səbəbdən onların vəziyyəti dəyişə bilər.

writer photo
Əlirza Əlirzalı
0