“Vest Hem”in 20 milyon təklifindən imtina olunub.
Apasport.az saytı xəbər verir ki, London klubu Harri Maquayrı transfer etməyi planlaşdırır.
“Mançester Yunayted” təklif olunan rəqəmi qənaətbəxş hesab etməyib. “Qırmızı şeytanlar” təcrübəli müdafiəçini minimum 40 milyon funta satmaq niyyətindədirlər. Klubun satış siyahısına qoyulan Harri, həm də kapitan sarğısından azad edilib. Digər tərəfdən onun komandanın ən yüksək məvacib alan üzvlərindən olması rəhbərliyi çətin vəziyyətdə qoyub.
Qeyd edək ki, baş məşqçi Erik Ten Haqın Maquayrı əsas heyət oyunçusu saymır. Müdafiəçi ötən mövsümdə nadir hallarda əsas heyətdə yer alıb.
20 milyondan imtina
29.07.2023 - 00:49
0
0