37 yaşlı futbolçu İtaliya klubunda
23.12.2022 - 17:27
37 yaşlı futbolçu İtaliya klubunda

Meksika millisinin qapıçısı Gilyermo Oçoanın yeni klubu bəlli olub.

Apasport.az saytlının məlumatına görə, 37 yaşlı əlcək sahibi karyerasını Avropada davam etdirəcək.

Oçoa “Salernitana” ilə anlaşıb. O, yanvarda qoşulacağı İtaliya klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

Anlaşmada sonradan bir il uzadılma bəndi də yer alıb. Meksikalı “Salernitana”ya azad agent statusu ilə keçib.

Qeyd edək ki, Oçoanın Meksika təmsilçisi “Amerika” ilə müqaviləsi dekabrın 31-də başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0