“Mançester Yunayted”ə bir zərbə də Meyson Mauntdan
26.11.2023 - 00:57
![“Mançester Yunayted”ə bir zərbə də Meyson Mauntdan](https://apasport.az/storage/news/2023/november/25/big/6561c4d643c186561c4d643c1917009061986561c4d643c166561c4d643c17.jpg)
“Mançester Yunayted” daha bir futbolçusunun xidmətindən məhrum olub.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Meyson Maunt baldırından zədə alıb.
Həkimlər İngiltərə millisinin də şərəfini qoruyan 24 yaşlı futbolçunun ən az 1 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Bu isə o deməkdir ki, o, Çempionlar Liqasının son iki turu, həmçinin dekabrın 6-da keçmiş komandası “Çelsi” ilə oyun da daxil olmaqla bir sıra vacib matçları buraxmalı olacaq.
Qeyd edək ki, bu mövsüm 12 matçda iştirak edən Maunt 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0