40 milyon
05.07.2023 - 01:44
40 milyon

“Arsenal” müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, Jeremi Frimponqla bağlı “Bayer”lə danışıqlara başlanılacaq.

London klubu müdafiənin sağ cinahındakı problemi bu transferlə həll etmək istəyir. 22 yaşlı futbolçu ötən mövsümün yekunlarına görə Bundesliqanın ən yaxşı müdafiəçilərindən biri seçilib. “Arsenal” bu keçid üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, hollandiyalı müdafiəçi 34 oyunda 8 qol və eyni sayda ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0