Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”
26.03.2024 - 17:58
Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”

"Krasnodar"ın baş məşqçisi Murad Musayev sabiq klubuna qayıtmasından danışıb.

Apasport.az bu barədə yerli mətbuata istinadla məlumat verir.

Rusiyalı məşqçi bu qərarın onun üçün asan olmadığını bildirib: “Mən bütün gücümü, bütün biliyimi verəcəm ki, azarkeşlər və klub rəhbərliyi sevinsin”.

Xatırladaq ki, bir müddət əvvəl “Krasnodar” Vladimir İviçi komandanın baş məşqçisi vəzifəsindən azad etmiş, bundan sonra o, Musayevi sıralarına dəvət etmişdi.

Keçirilən 20 oyunun nəticəsinə əsasən, “Krasnodar” Rusiya Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. "Bulls"un 39 xalı var. Komandanın lider “Zenit”lə fərqi 1 xaldır.

 

writer photo
Əlirza Əlirzalı
0