5 illik İtaliyaya gəlir
25.07.2023 - 18:00
5 illik İtaliyaya gəlir

İtaliya millisinin futbolçusu Mateo Roteqi klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, “Boka Xuniors”un hücumçusu karyerasını Apennin yarımadasında davam etdirəcək.

Forvard artıq tibbi müayinədən də keçib. Onun “Cenoa”ya transferi yaxın müddətdə açıqlanacaq. 

İtaliya klubu onun üçün bonuslar nəzərə alınmadan 12 milyon avro ödəyəcək. Futbolçu 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Roteqi icarədə olduğu “Tiqre”də 28 matçda 12 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0