57 yaşlı futbolçu yeni komandasında
10.07.2024 - 10:57
57 yaşlı futbolçu yeni komandasında

57 yaşlı yapon hücumçu Kazuyoşi Miura 16-cı komandasına transfer olunub.

Apasport.az xəbər verir ki, onun yeni klubu “Atletiko Suzuka”dır. Komanda Yaponiyanın 4-cü liqasında mübarizə aparır.

Miura karyerasına 1986-cı ildə başlayıb və 39 sezondur aktiv futbol oynayır. Yaponiya milli komandasında 89 oyuna çıxan futbolçu 55 qola imza atıb. Milli komanda ilə əsas uğuru 1992-ci ildə Asiya Kubokunu qazanmasıdır.

Qeyd edək ki, Kazuyoşi karyerası ərzində 700 oyun keçirib, 193 qol, 5 qol ötürməsi ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0