A Seriyasında matçlar 1 dəqiqəlik sükutla başlayacaq
26.08.2024 - 20:54
A Seriyasında matçlar 1 dəqiqəlik sükutla başlayacaq

Avqustun 26-sı, 27-si İtaliya A və B seriyasında keçiriləcək matçlar 1 dəqiqəlik sükutla başlayacaq.

Apasport.az xəbər verir ki, məqsəd məşhur futbol adamı Sven-Yoran Erikssonun xatirəsini yad etməkdir.

Bu gün 76 yaşında dünyasını dəyişən baş məşqçi A Seriyasında “Roma”, “Fiorentina”, “Sampdoriya” və “Latsio”da klublarını çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0