A seriyasının hücumçusu "Nyukasl"ın hədəfində
13.01.2024 - 15:27
A seriyasının hücumçusu "Nyukasl"ın hədəfində

İngiltərənin "Nyukasl" klubu son 10 ildə İtaliya A Seriyasının ən yaxşı hücumçularından biri ilə maraqlanır.

Apasport.az xəbər verir ki, Premyer liqa klubu "Roma"nın hücumçusu Paulo Dibala ilə maraqlanır.

30 yaşlı argentinalının müqaviləsində əcnəbi klublar üçün 12 milyon avro məbləğində təzminat nəzərdə tutulub.

Paulo bu mövsüm "Roma"nın heyətində 5 qol, 6 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0