“Real”ın istədiyi argentinalı
10.11.2022 - 18:00
“Real”ın istədiyi argentinalı

“Benfika”nın yarımmüdafiəçisi Entso Fernandes Avropanın böyük klublarından birinə keçəcək.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu qitə nəhənglərinin diqqət mərkəzindədir.

Son olaraq “Real” Argentina millisinin üzvü uğrunda mübarizəyə qoşulub. “Kral klubu” mövsümün sonunda onun transferini reallaşdırmaq üçün indidən portuqaliyalılarla danışığa başlayıb.

Qeyd edək ki, “Benfika” Entso Fernandesi bu yay “River Pleyt”dən alıb.
 

writer photo
Əlirza Əlirzalı
0