Abubakarın "Beşiktaş"da yenə muradı hasil olmadı...
14.12.2023 - 19:56
Abubakarın "Beşiktaş"da yenə muradı hasil olmadı...

Vinsent Abubakar yenidən Səudiyyə Ərəbistanına qayıdır.

Apasport.az xəbər verir ki, intizamsız hərəkətləri ucbatından “Beşiktaş”ın əsas heyətindən uzaqlaşdırılan kamerunlu hücumçu qışda komandanı tərk etməyə hazırlaşır.

Meneceri ilə əlaqə yaradaraq ərəb klublarından gələn təklifləri dəyərləndirməsini istəyən 31 yaşlı forvard Ərəbistan yarımadasına qayıtmağın əleyhinə deyil. “Beşiktaş” rəhbərliyi futbolçunu 5 milyon avro qarşılığında buraxmağa hazırdır. Qeyd edək ki, Abubakar bu mövsüm 22 matçda iştirak edərək 11 qol və 3 məhsuldar ötürmə edib.

O, Beşiktaşa mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan transfer olunmuşdu.

writer photo
Əlirza Əlirzalı
0