Afrikada ardıcıl məşqçi istefaları - Bu dəfə Fil Dişi Sahili...
24.01.2024 - 21:54
Afrikada ardıcıl məşqçi istefaları - Bu dəfə Fil Dişi Sahili...

Fil Dişi milli komandasının baş məşqçisi Jan-Luis Qasset istefaya göndərilib.

Apasport.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 70 yaşlı mütəxəssis Afrika Millətlər Liqasındakı uğursuz nəticələrə görə vəzifəsindən qovulub.

Yığmanı müvəqqəti olaraq Emerse Fae çalışdıracaq.

Qeyd edək ki, Fil Dİşi Sahili Afrika Millətlər Kubokuna ev sahibliyi edir. Milli turninin qrup mərhələsində keçirdiyi üç oyunda bir qələbə qazanıb, iki görüşdə isə məğlub olub. Amma onların hələ də qrup üçüncüsü kimi 1/8 finala yüksəlmək ehtimalları var.

writer photo
Əlirza Əlirzalı
0