Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı
01.11.2023 - 22:24
Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı

Afrika Futbol Konfederasiyası (CAF) ilin ən yaxşı afrikalı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.

Apasport.az xəbər verir ki, 30 oyunçunun yer aldığı siyahıda Məhəmməd Salah, Viktor Osimhen, Sadio Mane, Əşrəf Hakimi, Riyad Mahrez mükafatın favoritləridir.

Ən yaxşı qapıçı adına iddiaçılar da bəllidir. Bu mükafata Yassin Bunu, Andre Onana və Eduard Mendi iddialıdır.

Qeyd edək ki, “Qalatasaray”ın futbolçusu Hakim Ziyeşlə, “Beşiktaş”ın hücumçusu Vinsent Abubakar da ən yaxşı adına namizədlər sırasındadır.

writer photo
Əlirza Əlirzalı
0