Akanci “Mançester Siti”də qazancı bəlli oldu
01.09.2022 - 23:00
Akanci “Mançester Siti”də qazancı bəlli oldu

“Mançester Siti”nin yeni transferi Manuel Akancinin keçidinin detalları dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sındann keçən müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Manuel mövsümdə 11 milyon avro qazanacaq. Akanci tibbi müayinədən də uğurla keçib.

27 yaşlı futbolçu üçün 18+2 milyon avro ödəniləcək. Onun keçidinin rəsmiləşməsi üçün iki klub arasında danışıqların son detallarının dəqiqləşməsi qalıb.

Qeyd edək ki, Akanci ötən mövsüm Bundesliqada 26 oyunda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0