Alaba millimizə qarşı oynamayacaq
09.10.2023 - 19:31
Alaba millimizə qarşı oynamayacaq

David Alaba millimizə qarşı oynaya bilməyəcək.

Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi zədələndiyi üçün Avstriya millisinin heyətindən çıxarılıb.

Madrid “Real”ının futbolçusu hətta bu səbəbdən komandasının “Osasuna” ilə (4:0) matçında komandasına kömək edə bilməyib. Arxa xətt oyunçusu əzələ zədəsindən əziyyət çəkir.

Qeyd edək ki, avstriyalılar oktyabrın 13-də Belçika millisini qəbul edəcək. Oktyabrın 16-da isə millimizin qonağı olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0