Alaba və Gülər məşqlərə başladı
17.10.2023 - 09:51
Alaba və Gülər məşqlərə başladı

“Real”ın futbolçuları David Alaba və Arda Gülərin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, hər iki futbolçu komanda ilə məşqlərə başlayıb və La Liqanın X turunun “Sevilya” ilə oyununda iştirak edə bilər.

Avstriyalı müdafiəçi sentyabrın sonlarında zədələnib. Alaba bu üzdən üç matçı buraxıb.

Bu yay “Real”a keçən türkiyəli yarımmüdafiəçi hələ komandada debüt etməyib. Arda əməliyyatdan sonra bərpa prosesini başa vurub.

Qeyd edək ki, 9 turdan sonra 24 xala malik “Real” La Liqanın lideridir.

writer photo
Əlirza Əlirzalı
0