Alkantara “Barselona”ya gedir
13.07.2023 - 12:47
Alkantara “Barselona”ya gedir

“Liverpul”un futbolçusu Tiaqo Alkantara klubunu dəyişə bilər.

Apasport.az saytı xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi vətəninə geri dönməyə hazırlaşır.

32 yaşlı oyunçu “Barselona”nın diqqət mərkəzindədir. İspaniya klubu futbolçunun keçidi üçün ingilislərlə danışıqları davam etdirilər. Yaxın günlərdə transferin açıqlanacağı bildirilir.

Qeyd edək ki, Alkantara 2008-2013-cü illərdə "Barselona"nın şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0