18101,71 əmsallıq kuponu SATDI
12.01.2023 - 12:03
18101,71 əmsallıq kuponu SATDI

Bukmeker kontorlarında daha bir böyük əmsallı kupon qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, keniyalı proqnozsevər 17 oyuna mərc edib.

Onun variantının ümumi əmsalı 18101,71-a bərabər olub. Afrikalı cəmi 25 şillinqlə (34 qəpik) riskə gedib.

Onun xəyalında 421 min 45 şillinq (5 min 779,38 manat) uduş var idi. Böyük ekspressdəki 17 təxmindən 16-sı dəqiq alınıb. 

Yalnız bir matçın nəticəsi dəqiq çıxmayıb. Amma better heç də bütün görüşlərin başa çatmasını gözləməyib. Oyunların gedişində bukmeker kontorundan təklif alan proqnozsevər 2 min 326 şillinq (31,93 manat) qarşılığında kuponunu satıb.


 

writer photo
Əlirza Əlirzalı
0