Aller yenidən əməliyyat olunacaq
17.11.2022 - 16:34
Aller yenidən əməliyyat olunacaq

Dortmund “Borussiya”sının hücumçusu Sebastyan Aller növbəti dəfə əməliyyat olunacaq.

Apasport.az saytı xəbər verir ki, bunu 28 yaşlı forvard özü açıqlayıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən Fil Dişi Sahili millisinin üzvü buna qalib gələcəyinə inandığını söyləyib: “Mənim üçün mübarizə bitməyib. Məni futbol meydançasından uzaqlaşdıran bu şişə, nəhayət, son qoymaq üçün əməliyyat olunmalıyam. Dəstək mesajlarına və bu sınaq zamanı mənə verdiyiniz gücə görə hamınıza təşəkkür etmək istərdim”.

Qeyd edək ki, Sebastyan Aller mövsümün əvvəlində 35 milyon avroya “Ayaks”dan “Borussiya”ya keçib. İyulda ona xərçəng diaqnozu qoyulub və bir neçə dəfə əməliyyat olunub.
 

writer photo
Əlirza Əlirzalı
0