PSJ heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az saytının məlumatına görə, Fransa çempionu İtaliya millisinin hücumçusu Canluka Samakkanın transferini yekunlaşdırıb.
23 yaşlı forvardın keçidi məsələsində klubu “Sassuolo” ilə hərtərəfli razılıq əldə olunub. Anlaşmaya əsasən, İtaliya klubu bu transferdən 45 milyon avro gəlir götürəcək. Samakkanın uğurlu performansı “Sassuolo”ya əlavə bonuslar da qazandıra bilər.
Futbolçunun ilk mövsümündəki maaşı isə 3 milyon avro təşkil edəcək. Bu məbləğ ildən-ilə artırılacaq. Yaxın günlərdə transferin rəsmiləşməsi və oyunçunun PSJ-də təqdim olunması gözlənilir.
Qeyd edək ki, Canluka Samakka ötən ildən müntəzəm İtaliya yığmasına çağırılır.