“Fərqli duyğular içərisindəyəm. “Qalatasaray”ı qonaqpərvər bir şəkildə qarşılayacam”
Apasport.az saytı xəbər verir ki, “Mançester Yunayted” in qapıçısı Altay Bayındır Çempionlar Liqasındakı rəqibləri “Qalatasaray”dan danışıb.
Yay transfer dönəmində “Fənərbaxça”dan ingilis klubuna transfer edilən 25 yaşlı qolkiper çox həyəcanlı olduğunu deyib: “Çox fərqli duyğulara sahibəm. Bir türk komandasına qarşı mübarizə aparmaq məni həyəcanlandırır. Baş məşqçimiz məsləhət bilərsə meydana çıxmağa hazıram. “Qalatasaray”ı mehriban şəkildə qarşılayacam. Hər zaman başımın üstündə yerləri var”.
Qeyd edək ki, “Mançester Yunayted” – “Qalatasaray” matçı bu axşam Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İngilis mediasının iddiasına görə bu matçda “qırmızı şeytanlar”ın qapısını məhz Altay Bayındır qoruyacaq.