Ançelotti “Real”da qalacaq – özü açıqladı
08.05.2023 - 16:31
Ançelotti “Real”da qalacaq – özü açıqladı

“Real” baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərarını verib.

Apasport.az saytı xəbər verir ki, Madrid klubu 63 yaşlı italiyalı mütəxəssisə yeni mövsümdə də güvənəcək. 

Ançelotti bildirib ki, “Real” prezidenti Florentino Peresin etibarını doğrultmaq üçün sonadək bacardığını edəcək. O, komandaya bu mövsüm Çempionlar Liqasında, həmçinin yeni mövsümdə iştirak edəcəkləri yarışlarda da uğur qazandıracağına inandığını deyib.  

Qeyd edək ki, 2013-2015-ci illərdə “Real”ı çalışdıran Ançelotti 2021-ci ildə yenidən komandaya qayıdıb. 

writer photo
Əlirza Əlirzalı
0