Ançelottinin istədiyi müdafiəçi
26.12.2023 - 12:49
Ançelottinin istədiyi müdafiəçi

"Real" müdafiə xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, Karlo Ancelotti "Mançester Yunayted" forması geyinən Rafael Varanı komandada görmək istəyir.

David Alabadan ümidini kəsən madridlilərin çalışdırıcısı bu transferə müsbət fikir bildirib. La Liganın lideri 30 yaşlı fransız futbolçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir.

Qeyd edək ki, Varan bu mövsüm 9 oyunda 1 qol ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0