Reşford "Qalatasaray"a qarşı oynamayacaq
25.11.2023 - 21:44
Reşford "Qalatasaray"a qarşı oynamayacaq

“Qalatasaray” azarkeşlərini sevindirəcək bir xəbər də UEFA-dan gəlib.

Apasport.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu Markus Reşford cəzalandırılıb.

29 yaşlı hücumçu İstanbulda oynanılacaq matçda komandasına kömək edə bilməyəcək. Qitə futbol qurumu İngiltərə millisinin forvardını “Kopenhagen”lə (4:3) səfər matçında aldığı birbaşa qırmızı vərəqəyə görə türklərlə matça çıxmayacağını açıqlayıb.

Qeyd edək ki, “Qalatasaray” – “Mançester Yunayted” görüşü noyabrın 29-da Bakı vaxti ilə saat 21:45-də start götürəcək və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.

writer photo
Əlirza Əlirzalı
0