Antonio Konte “Napoli”yə başçılıq edə bilər
10.10.2023 - 23:23
Antonio Konte “Napoli”yə başçılıq edə bilər

Rudi Qarsiyanın “Napoli”dəki gələcəyi sual altındadır.

Apasport.az saytı xəbər verir ki, klub rəhbərliyi komandanın göstərdiyi nəticələrdən narazıdır.

İtaliya A seriyasının son turunda “Latsio”ya uduzan “Napoli”də yenidən baş məşqçinin istefaya göndərilməsi gündəmə gəlib. Ölkə mətbuatı məlumatına görə,  Antonio Konte bu vəzifəyə əsas namizəd sayılır. Neapol klubunun prezidenti Aurelio De Laurentisin təcrübəli mütəxəssislə ilkin danışıqlar apardığı bildirilir.
 

writer photo
Əlirza Əlirzalı
0