Anxelinyo imza üçün İtaliyaya getdi
29.01.2024 - 12:19
Anxelinyo imza üçün İtaliyaya getdi

İcarə əsasında "Qalatasaray"da çıxış edən Anxelinyonun yeni komandası bəlli olub. 

Apasport.az italiyalı jurnalist Fabrizio Romanoya istinadla xəbər verir ki,"Roma" "sarı-qırmızılı" komandanın müqaviləsini ləğv etməyə hazır olduğu Anxelinyo üçün "Leypziq"lə anlaşıb. 

İtaliya klubu ispaniyalını icarə əsasında heyətinə qatmağa hazırlaşır. 

27 yaşlı futbolçu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün İtaliyaya  yollanıb. 

writer photo
Əlirza Əlirzalı
0