Aquero: “Qvardiola çox düşünməkdən keçəldir”
21.11.2022 - 22:18
Argentina millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero futbol məşqçisi işləməyin çətinliklərindən danışıb.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbol veteranı keçmiş çalışdırıcısı Pep Qvardiolanı misal çəkib.
O, ispaniyalının məhz çox işləməkdə saçının töküldüyünü söyləyib: “Məşqçi olmaq çətindir. Qvardiolaya baxın, çox düşünməkdən keçəldir”.
Qeyd edək ki, Serxio Aquero 2021-ci ildə səhhətindəki problemlərə görə karyerasını başa vurub. O, 2016-2021-ci illərdə “Mançester Siti”də Qvardiolanın rəhbərliyi altında çıxış edib.
0
0