“Barselona”nın müdafiəçisi Ronald Arauxo İspaniya mətbuatına maraqlı müsahibə verib.
Apasport.az saytının məlumatına görə, uruqvaylı futbolçu sabiq komanda yoldaşı Lionel Messiyə qarşı münasibəti və baş məşqçi Xavi ilə işləməsi barədə danışıb.
Arauxonun fikrincə, argentinalı superulduzun PSJ-dən qayıtması onlar üçün vacib olar: “Şəxsən mən “Barselona”nın idman direktoru olsaydım, Messini qaytarardım. O ki qaldı Xaviyə, onun gəlişindən bəri çox şey öyrənmişəm. Xavi “Barselona”nın oyun fəlsəfəsini qaytarmağa çalışır. Düşünürəm ki, bu iş öz bəhrəsini verir”.
Qeyd edək ki, Ronald Arauxo zədə səbəbindən oyunlarda iştirak edə bilmir.