Argentina Amerika Kubokundan uzaq qala bilər
10.01.2024 - 12:11
Argentina Amerika Kubokundan uzaq qala bilər

Argentina millisi beynəlxalq yarışlardan kənarlaşdırılır.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırkı dünya çempionları ölkə prezidenti Xavyer Maylinin təkliflərinə görə cəzalandırıla bilər.

O, ölkə başçısı seçildikdən sonra Argentina futbol klublarının idman səhmdar cəmiyyətlərinə çevrilə biləcəyini bildirib. Yerli idman konfederasiyası bu təklifə qarşı çıxıb. Çünki Argentina millisi Olimpiya Oyunlarında və Amerika Kubokunda iştirakdan kənarlaşdırıla bilər.

Qeyd edək ki, Argentina hazırkı dünya çempionudur.
 

writer photo
Əlirza Əlirzalı
0