Niderlandı Konfrans Liqasında təmsil etmək uğrunda pley-offun final mərhələsində ilk oyun keçiriləcək.
Apasport.az saytının məlumatına görə, “Vitess” öz meydanında “Alkmaar”ı qəbul edəcək.
Futbol eksperti Yevgeni Moravski Arnemdəki qarşılaşma ilə bağlı proqnozunu açıqlayıb:
“Müdafiə xəttindəki daimi problemlərə baxmayaraq “Vitess” hələ də avrokuboklara vəsiqə üçün mübarizə aparır. Meydan sahibləri qol vurmağı bacarır. Ola bilsin ki, bu mənada Erediviziyanın bəzi komandalarından geri qalır. Amma bu klubda istənilən rəqibi məyus etmək alınır.
“Alkmaar” 2017-ci ildən səfərdə Arnem klubuna qalib gəlməyib. Komanda son səfər sınağında da “Herenven”ə 2:3 hesabı ilə uduzub. Evdən kənarda oynamaq demək olar alınmır. Lakin “Alkmaar” az qala hər matçda qol vurur.
Hər iki komanda qol vura bilər və bunu da bacarır. Ancaq eyni dərəcədə də qol buraxmaqla seçilirlər. Son 6 şəxsi oyunun beşində Q/Q gəlib. Hər iki komandanın oyun üslubu hücum üzərində qurulub. Hesab edirəm ki, bu da davam edəcək.
Proqnozum: Q/Q və ÜST