"Arsenal" İngiltərə millisinin qolkiperini ala bilər
10.05.2024 - 11:59
London "Arsenal"ı İngiltərə millisinin əsas qapıçısı ilə maraqlanır.
Apasport.az "Team Talk"a istinadla xəbər verir ki, "topçular" yayda "Everton"dan Cordan Pikfordu transfer etməyi düşünür.
30 yaşlı ingilisin klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Buna baxmayaraq, "Arsenal" mövsümlərarası fasilədə qapıçını almağa çalışacaq.
Xatırladaq ki, “Arsenal” yayda “Brentford”dan David Rayanın transferini tamamlayacaq.
0
0