“Arsenal” mərkəz yarımmüdafiəçisi axtarır
04.10.2022 - 22:19
“Arsenal” mərkəz yarımmüdafiəçisi axtarır

“Arsenal”ın transfer planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, London klubu ilk növbədə öz yetirmələri ilə müqavilələri uzatmağı planlaşdırır.

Bunlar Bukayo Saka, Qabriel Martinelli və Vilyam Salibadır. Qış transfer pəncərəsində mərkəz yarımmüdafiəçisinin alınması da nəzərdə tutulub.

Qeyd edək ki, 8 oyunda 21 xal toplayan “Arsenal” Premyer Liqanın lideridir.

writer photo
Əlirza Əlirzalı
0