“Arsenal” müdafiəçisini ərəblərə satmadı
22.08.2023 - 10:51
“Arsenal” müdafiəçisini ərəblərə satmadı

“Arsenal”ın futbolçusu Qabriel Maqalyansın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi İngiltərə klubunda qalacaq.

Londonlular 25 yaşlı futbolçusunu “Əl-İttihad”a satmağa razı olmayıb. Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalını heyətinə qatmaq istəsə də, onun transferi baş tutmayıb. Qabriel ən azı 2023/24 mövsümünün sonunadək “Arsenal”da qalacaq.

Qeyd edək ki, cənubi amerikalı ötən mövsümün 38 matçında 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0