"Arsenal" Mudriki gətirir
27.11.2022 - 15:06
"Arsenal" Mudriki gətirir

"Arsenal" heyətini gənc futbolçu ilə gücləndirəcək.

Apasport.az saytı xəbər verir ki, "topçular" Donetsk "Şaxtyor"unun 21 yaşlı vingeri Mixaylo Mudrikin keçidini razılaşdırıb.

İngiltərə təmsilçisi transfer üçün ukraynalılara 40 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, "Şaxtyor" yetirməsi olan Mixaylo Mudrik cari mövsüm ölkə çempionatında 12 oyunda 7 qol vurub, 6 asisstə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0