“Arsenal” ona elçi düşdü
11.03.2023 - 17:59
“Arsenal” ona elçi düşdü

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, ingilislər "Bayer"in yarımmüdafiəçisi Mussa Diabiyə elçi düşüblər. 

Futbolçunun agentlərinin londonlularla əlaqə qurduğu bildirilir. Fransa millisinin 23 yaşlı oyunçusu da “Arsenal”da oynamaqda maraqlıdır.

Qeyd edək ki, Diabinin hesabında bu mövsüm bütün yarışlarda 32 oyun, 11 qol və 6 məhsuldar ötürmə var.

writer photo
Əlirza Əlirzalı
0