"Arsenal" Polşa millisinin futbolçusunu heyətinə qatdı
22.01.2023 - 01:48
"Arsenal" Polşa millisinin futbolçusunu heyətinə qatdı

London "Arsenal"ı heyətini Polşa millisinin və İtaliyanın "Spetsya" klubunun mərkəz müdafiəçisi Yakub Kivyorla gücləndirib.

Apasport.az xəbər verir ki, 22 yaşlı futbolçu artıq "topçular"la 5,5 illik müqavilə imzalayıb. 

Klublar 25 milyon avroya transferi tam razılaşdırıblar. Sabah və ya birigün "Arsenal"ın bu transferi rəsmi şəkildə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Yakub Kivyor bu mövsüm "Spetsya" ilə bütün yarışlarda 20 matç keçirib. O həmçinin Polşa millisinin dünya çempionatındakı 4 oyununda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0