"Arsenal" Rahim Sterlinqi transfer edib
31.08.2024 - 14:33
"Arsenal" Rahim Sterlinqi transfer edib

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Topçular” “Çelsi”dən Rahim Sterlinqi heyətinə qatıb.

İngiltərəli cinah oyunçusu 2025-ci ilin yayına kimi icarə əsasında “Arsenal”da forma geyinəcək.

Sterlinq ötən mövsüm “Çelsi”də 43 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0