Harri Keyn Alan Şirerə çatdı
01.05.2023 - 12:14
Harri Keyn Alan Şirerə çatdı

"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Apasport.az sauytə xəbər verir ki, 29 yaşlı forvard çempionatın XXXIV turunun “Liverpul”la oyununda (3:4) fərqlənərək qollarının sayını 25-ə çatdırıb.

Bununla da İngiltərə millisinin futbolçusu Alan Şirerdən sonra Premyer Liqanın dörd mövsümündə 25 və ya daha çox qol vuran ikinci oyunçu olub. 

Qeyd edək ki, o, 2015/16 (25), 2016/17 (29) və 2017/18 (30) mövsümlərində də 25 qol həddinə çata bilib.

writer photo
Əlirza Əlirzalı
0