“Arsenal” Superkuboku qazandı
06.08.2023 - 21:26
“Arsenal” Superkuboku qazandı

İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, “Arsenal” “Mançester Siti”yə qalib gəlib.

Qarşılaşmanın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. 77-ci dəqiqədə Palmer dəqiq zərbə ilə “şəhərlilər”i hesabda önə keçirib. “Arsenal” əsas vaxta əlavə olunmuş 11-ci dəqiqədə bərabərlik qolunu vurmağı bacarıb. Leandro Trossard fərqlənib. Qaydalara görə, oyun bitdikdən sonra birbaşa penalti zərbələri vurulub. Daha dəqiq olan “topçular” 4:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, “Arsenal” tarixində 17-ci dəfə ölkə superkubokunu qazanıb.

İngiltərə Superkuboku

6 avqust

"Mançester Siti" - "Arsenal" - 1:1, pen. 4:1

Qollar: Palmer, 77 - Trossard, 90+11

writer photo
Əlirza Əlirzalı
0