“Arsenal”ın hücumçusundan MİLLİ SEÇİMİ
17.05.2023 - 16:11
“Arsenal”ın hücumçusundan MİLLİ SEÇİMİ

“Arsenal”ın futbolçusu Folarin Baloqun şərəfini qoruyacağı milli komanda ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, cari mövsümü icarə əsasında “Reyms”də keçirən 21 yaşlı hücumçu ABŞ yığmasına üstünlük verib.

FİFA bu ölkənin futbol federasiyasının müraciətini müsbət dəyərləndirib. Baloqunun İngiltərə deyil, ABŞ millisində oynamasına icazə verilib.

Qeyd edək ki, “Reyms”in heyətində Liqa1-də keçirdiyi 34 matçda 19 qol vuran hücumçu yarışın ən yaxşı 5 bombardiri siyahısında yer alıb.

writer photo
Əlirza Əlirzalı
0