"Atletik" "Barselona"nı kubokdan uzaqlaşdırdı
25.01.2024 - 09:56
"Atletik" "Barselona"nı kubokdan uzaqlaşdırdı

İspaniya Kral Kubokunun 1/4 finalında "Atletik" "Barselona"nı mübarizədən kənarlaşdırıb.

Apasport.az xəbər verir ki,  "Atletik" matçın 1-ci dəqiqəsində Qorka Quruzetanın vurduğu qolla 1-0 önə keçib.

Qapısında erkən qol görməsinə baxmayaraq, "Barselona" 26-cı dəqiqədə Robert Levandovski, 6 dəqiqə sonra isə Lamine Yamalla hesabda önə keçib. "Atletik Bilbao" ikinci hissəyə sürətli başlayıb və 49-cu dəqiqədə Oihan Sansetin qolu ilə hesabı bərabərləşdirib. Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. 

Əlavə vaxtda "Atletik Bilbao" 117-ci dəqiqədə İnaki Uilyams və 121-ci dəqiqədə Niko Uilyamsla fərqi ikiqat artıraraq "Barselona"nı məğlub edib və 4:2 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, Kral Kubokunda digər yarımfinalçılar "Jirona"ya 3:2 hesabı ilə qalib gələn "Mallorca" və "Selta Vigo"ya 2:1 hesabı ilə qalib gələn "Real Sosyedad" olub. Kubokda son yarımfinalçı yanvarın 25-i axşam keçiriləcək "Atletiko Madrid - Sevilla" matçının qalibi olacaq.

writer photo
Əlirza Əlirzalı
0