“Atletiko” hücumçusu Antuan Qrizmannı oyunlar zamanı qəsdən start heyətindən kənarda saxlayır.
Apasport.az saytının məlumatına görə, Madrid klubu forvardın ilk “11-lik”də meydana çıxacağı oyun sayına görə, müqavilə ilə məxsus olduğu “Barselona”ya bonuslar ödəməkdən yayınmaq istəyir.
Məsələ burasındadır ki, Fransa millisinin üzvü matçların ən azı 50 faizində start heyətində yer alsa, “Atletiko” kataloniyalılara 34 milyon funt sterlinq ödəməli olacaq. “Atletiko” rəhbərliyi də bunun qarşısını almaq üçün belə bir addıma əl atır.
Qeyd edək ki, Antuan Qrizmannın “Atletiko” ilə icarə müqaviləsi 2023-cü ilin yayında başa çatır.