Naqelsmannın “Tottenhem” planı
24.04.2023 - 21:08
“Bavariya”nın sabiq baş məşqçisi Yulian Naqelsmannın gələcək planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı alman mütəxəssis mövsümün sonunadək istirahət etməyə qərar verib.
O, işə yayda başlamaq niyyətindədir. Naqelsmann yeni mövsümdə “Tottenhem”ə rəhbərlik etmək istəyir.
London klubu onun indi komandanın sükanı arxasına keçməsini təklif edib. Amma almaniyalı gözləməyə üstünlük verib.
Qeyd edək ki, Naqelsmann martın 24-də Münhen klubundan ayrılıb.
0
0