Avropa Liqası tarixində 3-cü dəfə
19.05.2022 - 09:17
Avropa Liqası tarixində 3-cü dəfə

“Ayntraxt” Avropa Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu mövsümü məğlubiyyətsiz başa vurub.

Frankfurt təmsilçisi turnirin tarixində kuboku məğlubiyyətsiz başı üzərinə qaldıran 3-cü komandadır. “Ayntraxt” cari mövsümün 13 matçında bir dəfə də olsun uduzmayıb.

Finalda “Reyncers”i (1:1, p.5:4) məğlub edən Bundesliqa klubunadək “Çelsi” 2018/19, “Vilyarreal” 2020/21 mövsümündə məğlubiyyətsiz kubok sahibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0