Avstraliya millisi baş məşqçisi ilə vidalaşdı
20.09.2024 - 16:29
Avstraliya millisi baş məşqçisi ilə vidalaşdı

Qrem Arnold Avstraliya milli futbol komandasının baş məşqçisi postundan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Arnold 2018-ci ilin iyulundan milliyə rəhbərlik edirdi və komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarmağa müvəffəq olmuşdu. Lakin 1/8 finalda Avstraliya Argentinaya məğlub olaraq turniri tərk etmişdi.

Bildirək ki, Avstraliya DÇ-2026-nın seçmə mərhələsində son iki oyunda Bəhreynə məğlub olub (0:1) və İndoneziya ilə heç-heçə edib (0:0).

writer photo
Əlirza Əlirzalı
0