Bir mükafata 4 namizəd
26.10.2023 - 09:09
Bir mükafata 4 namizəd

Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədlər bəlli olub.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qrup mərhələsinin III turundan sonra mükafata 4 futbolçu iddia edir. Bu oyunçular David Raum (“Leypsiq”), Santyaqo Ximenes (“Feyenord”), Evanilson (“Porto”) və Qabriel Jezusdur (“Arsenal).

Qeyd edək ki, ən yaxşı futbolçu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0