“Ayaks” Fransa klubuna dəyişir
19.07.2022 - 16:17
“Ayaks” Fransa klubuna dəyişir

“Ayaks”ın müdafiəçisi Nikolas Talyafiko Fransaya köçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü “Lion”a keçmək üzrədir.

Hazırda 29 yaşlı oyunçunun transferi ilə bağlı danışıqlar yekun mərhələdədir. Bu keçidin Niderland klubuna 4 milyon avro qazandırması gözlənilir. Talyafiko özü isə “Lion”la 3 illik müqaviləni razılaşdırıb.

Qeyd edək ki, Nikolas Talyafiko ötən mövsüm “Ayaks”ın heyətində 29 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0