"Barselona" 75 milyon avroya hücumçu almaq istəyir
27.04.2024 - 15:54
"Barselona" 75 milyon avroya hücumçu almaq istəyir

"Liverpul"un hücumçusu Luis Diaz hələ də kataloniyalı "Barselona"nın maraq dairəsindədir.

Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, “blauqrana” yay "transfer pəncərəsi"ndə hücum potensialını gücləndirmək istəyir.

27 yaşlı kolumbiyalı Kataloniya nəhənginin əsas hədəflərindən biridir. Onun transfer qiyməti 75 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm hücumçu 47 matçda iştirak edib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Diazla "qırmızılar" arasındakı müqavilə 2027-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0