Ronaldo və “Əl-Nəsr”in seriyaları qırıldı
06.10.2023 - 22:08
Ronaldo və “Əl-Nəsr”in seriyaları qırıldı

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr”in qələbə seriyası qırılıb.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 10 oyundan ibarət qələbə seriyasını davam etdirə bilməyib.

Ronaldo və komandası “Abha” ilə çempionatın 9-cu turunun matçında heç-heçə edib – 2:2. Son 4 görüşdə qol vuran portuqaliyalı bu dəfə rəqib qapısına yol tapmayıb.

Qeyd edək ki, 19 xala malik “Əl-Nəsr” çempionatın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0